Papa Fransisk Viktor Orbanla görüşüb  

22:36 04.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İtaliyada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu haqda Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yarım saatdan çox davam edən görüşdə Ukraynadakı müharibə, onun humanitar nəticələri və sülh səyləri, Macarıstanın Avropa Şurasına sədrliyi çərçivəsində ümumi maraq doğuran məsələlər, həmçinin ailələrə və gənclərə dəstək mövzuları müzakirə edilib. Tərəflər möhkəm və səmərəli ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb, Katolik Kilsəsinin Macarıstan cəmiyyətinin inkişafı və rifahının təşviqində göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub.

Sonda hədiyyələrin mübadiləsi olub.